DÇ-2026-nın qrup mərhələsində keçiriləcək Fransa - İraq oyunu təxirə salına bilər.
“İki sahil” "L'Équipe"ə istinadən xəbər verir ki, buna səbəb Filadelfiyada gözlənilən əlverişsiz hava şəraitidir. Sinoptiklər qarşılaşma vaxtı güclü yağış və ildırım ehtimalının yüksək olduğunu bildiriblər.
ABŞ-da tətbiq olunan təhlükəsizlik qaydalarına əsasən, stadion yaxınlığında ildırım qeydə alınarsa, matç dayandırıla və ya başqa vaxta keçirilə bilər.
Qeyd edək ki, Fransa - İraq görüşünün iyunun 23-də Bakı vaxtı ilə saat 01:00-da Filadelfiyadakı "Linkoln Financial Field" stadionunda keçirilməsi planlaşdırılıb.
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub
Avropa çempionatının beşinci günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb
Azərbaycan millilərinin növbəti rəqibləri Yunanıstan və Ermənistan komandaları olacaq
Messi Argentina yığmasının heyətində sonuncu oyununun formasını nümayiş etdirib
“Qarabağ” Futbol Klubunun prezidenti: “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi var