Livanda hərbi əməliyyatlar davam edərsə, İran ABŞ ilə memorandum üzrə danışıqlar masasına qayıtmayacaq.
“İki sahil” xəbər verir ki, bu barədə İran nümayəndə heyətinin nümayəndəsi Hüseyn Qurbanzadə bildirib.
"Livandakı müharibə bitməsə, danışıqlar davam etməyəcək", - deyə o bildirib.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7 apreldə atəşkəs razılaşması əldə olunub.
18 iyunda İran və ABŞ arasında sülh memorandumu imzalanıb. Memorandumu İran prezidenti Məsud Pezeşkian və ABŞ prezidenti Donald Tramp imzalayıblar. 19 iyundan sözügedən memorandum qüvvəyə minib.
İsrail Livanın cənubunda təhlükəsizlik zonasından qoşunlarını çıxarmaq niyyətində deyil
İsrail ordusu "İslam Cihadı" komandirinin və "HƏMAS" döyüşçüsünü zərərsizləşdirib
Ermənistan Konstitusiya Məhkəməsi seçkilərin nəticələri ilə bağlı müraciətləri icraata qəbul edib