İran gəmilərin Hörmüz boğazından sərbəst keçidini təmin etməyə razılıq verib.
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Skott Bessent məlumat yayıb.
"İsveçrədə davam edən məhsuldar danışıqlara uyğun olaraq, İran Hörmüz boğazı vasitəsilə sərbəst və açıq tranziti təmin etmək və MAQATE müfəttişlərini ölkəyə buraxmaq öhdəliyini götürüb", — deyə o, "X" sosial şəbəkəsində yazıb.
Bir qədər əvvəl "The Washington Post" qəzeti də ABŞ və İran arasındakı sövdələşmədən sonra bir sutka ərzində Hörmüz boğazından 25 gəminin keçdiyini xəbər vermişdi.
İsrail hərbçiləri Qəzzada "Nuhba"nın komandirini və HƏMAS yaraqlısını zərərsizləşdirib
Finlandiya Prezidenti Avropa ölkələrini Rusiya ilə dialoqu bərpa etməyə çağırıb