22 iyun 2026 23:11
97

Ukrayna dronları ilin əvvəlindən 167 min rus hərbçisini öldürüb və ya ağır yaralayıb

İlin əvvəlindən bəri Ukraynanın Müdafiə Qüvvələrinin pilotsuz sistem bölmələri 800 mindən çox təsdiqlənmiş düşmən hədəfini vurub və təxminən 167 min rus hərbçisini öldürüb və ya ağır yaralayıb.

“İki sahil” xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Mixayıl Fedorov "Telegram"da açıqlayıb.

"Müdafiə Qüvvələri düşmənin hərbi potensialını sistematik şəkildə zəiflədir - logistikanı pozur və düşmən xətlərinin arxasındakı vacib hədəflərə zərbələr endirir", - deyə nazir qeyd edib.

O, həmçinin may ayının Müdafiə Qüvvələri üçün ən məhsuldar ay olduğunu qeyd edib. Xüsusilə, ay ərzində 181 mindən çox hədəf məhv edilib, 31 min 530 işğalçı isə öldürülüb və ya ağır yaralanıb.