23 iyun 2026 01:18
100

Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var

Kanadada naməlum silahlı şəxs Kvebek əyalətinin Monreal şəhərində Dekembris bulvarında yerləşən Kot-des-Neyges məhəlləsindəki sinaqoqun qarşısında tüfənglə atəş açıb.

“İki sahil”in "Jerusalem Post" qəzetinə istinadən məlumatına görə, hadisə nəticəsində üç nəfər həlak olub.

Məlumata görə, ölənlər polis əməkdaşı, mülki şəxs və atəş atmaqda şübhəli şəxsdir. Silahlı insident zamanı azı bir polis yaralanıb, onun vəziyyəti ağırdır.

Yerli polis daha sonra qurbanlardan birinin ravvin Maykl Moşe Mizrahi olduğunu açıqlayıb.

Kot-de-Nej rayonunda çoxsaylı koşer restoranları, yəhudi məktəbləri və icma mərkəzlərinin yerləşdiyi sıx yəhudi icmasının oduğu qeyd edilir. Hadisə "Hilton" otelinin yaxınlığında olub.