Bir həftəlik məhdudiyyətlərdən sonra "Telegram" Hindistanda yenidən əlçatan olub
“İki sahil” xəbər verir ki, bu barədə "The Times of India" qəzeti məlumat yayıb.
"Google" şirkəti messencerin Hindistandakı tətbiqlər mağazasında (Google Play) fəaliyyətini bərpa edib. Ölkə rəhbərliyi iyunun 16-dan 22-nə dək "Telegram"ın fəaliyyətinə məhdudiyyətlər tətbiq etmişdi. Buna səbəb kimi tibb universitetlərinə qəbul üçün imtahan materiallarının sızması göstərilirdi.
Milli Test Agentliyinin məlumatına görə, "Telegram"dakı bir neçə kanal tibb ali məktəblərinə qəbul imtahanları üçün saxta sual kitabçaları satıb və fırıldaqçılıq sxemləri təşkil edib. Rəsmilər izah ediblər ki, messencerin daxili strukturu qayda pozuntularının qarşısını operativ şəkildə almağa imkan vermirdi. Bu səbəbdən "Apple" və "Google" şirkətləri Hindistan hakimiyyətinin tələbi ilə tətbiqi öz mağazalarından silmişdilər. Nəşrin məlumatına görə, tətbiqin "App Store"da bərpası bir qədər çox vaxt aparacaq.
Dehli Ali Məhkəməsi iyunun 19-da Hindistan rəhbərliyinin "Telegram"ı ölkədə müvəqqəti bloklamaq qərarını qanuni hesab edərək messencerin şikayətini rədd edib. "Telegram"ın təsisçisi Pavel Durov isə bəyan edib ki, messencerin bloklanması problemi həll etməyib və məlumat sızıntıları sadəcə digər tətbiqlərə köçüb.
Finlandiya Prezidenti Avropa ölkələrini Rusiya ilə dialoqu bərpa etməyə çağırıb
Varşava "Patriot" istehsalının bir hissəsinin Polşaya köçürülməsi barədə ABŞ ilə danışıqlar aparır
Britaniyanın sabiq XİN rəhbəri 2028-ci ildə London meri postu uğrunda mübarizə aparacaq
Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad edib