Ukrayna cəbhə xətti boyu atəşkəsdən imtina etməyə və hərbi əməliyyatları davam etdirməyə hazırdır.
Bu barədə Ukraynanın BMT-dəki daimi nümayəndəsi Andrey Melnik BMT Təhlükəsizlik Şurasının iclasında bəyan edib.
“İki sahil” xəbər verir ki, Melnikin çıxışının yer aldığı videoçarxı "STRANA.ua" nəşri yayımlayıb.
Onun sözlərinə görə, "Kyivin səbri sonsuz deyil" və əgər BMT Təhlükəsizlik Şurası "gözləmə mövqeyi tutmağa davam edərsə", Ukrayna atəşkəslə bağlı mövqeyinə yenidən baxa bilər.
"Faktiki cəbhə xətti boyu atəşkəsin elan olunması onsuz da böyük bir kompromisdir", — deyə Ukraynanın BMT-dəkı daimi nümayəndəsi bildirib.
Finlandiya Prezidenti Avropa ölkələrini Rusiya ilə dialoqu bərpa etməyə çağırıb
Varşava "Patriot" istehsalının bir hissəsinin Polşaya köçürülməsi barədə ABŞ ilə danışıqlar aparır
Britaniyanın sabiq XİN rəhbəri 2028-ci ildə London meri postu uğrunda mübarizə aparacaq
Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad edib