“Neft Daşları” yatağındakı 2646 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilmişdir
Bu günlərdə “Neft Daşları” yatağındakı 1637A saylı meydançada 2646 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilmişdir.Quyu Qirməki Altı Lay Dəstəsindən qazlift üsulu ilə məhsul vermiş, 1010-1005 metr intervaldan sutkalıq 12 ton neft hasilatı ilə istismar fonduna qəbul edilmişdir.
Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.
SOCAR-ın prezidenti ABŞ Dövlət Departamentinin baş müşaviri və ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin ölkə üzrə meneceri ilə görüşüb
"Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub