24 iyun 2026 13:11
83

2030-cu ilədək pambıq sahələrinin 42 min hektarı müasir suvarma ilə təmin olunacaq

Pambıqçılıqda məhsuldarlığın yüksəldilməsi məqsədilə müasir suvarma sistemlərinin tətbiqi genişləndiriləcək.

“İki sahil” xəbər verir ki, bu fikirləri kənd təsərrüfatı naziri Məcnun Məmmədov Sabirabad rayonunda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda pambıqçılıq sahəsində nəzərdə tutulan hədəflərə çatmaq üçün qarşıda duran vəzifələrin müzakirəsi ilə bağlı regional müşavirədə deyib.

Nazirin sözlərinə görə, hazırda 6,6 min hektar pambıq sahəsi müasir suvarma sistemləri ilə təmin olunub. Dövlət Proqramına əsasən, bu göstəricinin 2030-cu ilədək təxminən 42 min hektara çatdırılması planlaşdırılır.