Macarıstanın yeni Baş naziri Peter Madyar, Ukrayna və Moldovanın Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı danışıqlar prosesini tormozlayıb.
“İki sahil” xəbər verir ki, "Politico" nəşrinin öz mənbələrinə istinadla verdiyi məlumata görə, Macarıstan hökumətinin başçısı bu inteqrasiya prosesinin sürətinin azaldılmasının tərəfdarıdır.
İyunun ortalarında Aİ ölkələri yekdilliklə Kiyev və Kişinyovun avrointeqrasiyası üzrə danışıqların ilk mərhələsinə başlamağı təsdiqləmişdilər. Ukrayna Baş nazirinin müavini Taras Kaçkanın sözlərinə görə, Kiyev artıq iyulun ortalarında danışıqların bütün altı klasterini açmaq niyyətində idi.
"Politico" yazır ki, Macarıstanın mövqeyinə görə bu müddətlər təxirə salına bilər. Peter Madyar danışıqların başlamasına razılıq versə də, prosesin sürətləndirilmiş rejimdə irəliləməsinə qarşı çıxıb. Nəşrin mənbələri iddia edir ki, Budapeşt Avropa Komissiyası və Avropa Şurasına bütün Aİ üzvlərinin yekdil mövqeyini əks etdirən məktubun göndərilməsini əngəlləyib. Bu məktubun göndərilməsi danışıqların növbəti mərhələsi üçün vacib addım hesab olunur.
Finlandiya Prezidenti Avropa ölkələrini Rusiya ilə dialoqu bərpa etməyə çağırıb
Varşava "Patriot" istehsalının bir hissəsinin Polşaya köçürülməsi barədə ABŞ ilə danışıqlar aparır
Britaniyanın sabiq XİN rəhbəri 2028-ci ildə London meri postu uğrunda mübarizə aparacaq
Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad edib