Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov forumda çıxışı zamanı demoqrafiya probleminin ölkəsi üçün son dərəcə həssas olduğunu bildirib.
“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, Peskov qlobal demoqrafik proseslərə toxunaraq Rusiyanın çətin bir dövrlə üz-üzə qaldığını qeyd edib: "Biz qlobal demoqrafiya baxımından olduqca çətin bir vəziyyətdəyik. Bu, ölkəmiz — Rusiya üçün ağrılı bir məsələdir. Eyni zamanda Çin üçün də ağrılı məsələdir, çünki orada da əhalinin kifayət qədər sürətli azalması başlayıb."
Kremıl rəsmisi bu problemin Hindistan üçün keçərli olmadığını vurğulayıb. Onun sözlərinə görə, Hindistanda əhalinin sürətli artımı hələ də davam edir. Bununla belə, Dmitri Peskov yaxın gələcəkdə dünya əhalisinin ümumi sayının azalmağa başlayacağına dair proqnozların mövcud olduğunu da diqqətə çatdırıb.
Finlandiya Prezidenti Avropa ölkələrini Rusiya ilə dialoqu bərpa etməyə çağırıb
Varşava "Patriot" istehsalının bir hissəsinin Polşaya köçürülməsi barədə ABŞ ilə danışıqlar aparır
Britaniyanın sabiq XİN rəhbəri 2028-ci ildə London meri postu uğrunda mübarizə aparacaq
Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad edib