"Real"ın baş məşqçisi Joze Mourinyo "Real" və "Barselona" qarşılaşmalarının futbol dünyasındakı rolundan danışıb.
“İki sahil” xəbər verir ki, portuqaliyalı mütəxəssis "Vanity Fair" nəşrinə verdiyi müsahibədə "El-Klassiko"nun keçmişdəki nüfuzunu itirdiyini bildirib:
"Yalnız Madrid, Barselona və ya İspaniya deyil, bütün dünya bu matçları səbirsizliklə gözləyirdi. Əlbəttə, Kriştiano və Messi o dövrün kumirləri idilər. Onlar dünyanın ən yaxşı iki oyunçusu idi. "Real" dünyanın ən güclü klubudur. "Barselona" isə "Real"dan sonra ən yaxşı komandalardan biridir".
Azərbaycan Basketbol Liqası: Bu gün "Sabah" və "Neftçi" komandaları üz-üzə gələcək