25 iyun 2026 11:29
562

Bir neçə ölkə zəlzələdən sonra Venesuelaya yardım təklif edib

Bir sıra ölkələr və beynəlxalq təşkilatlar zəlzələdən zərər çəkmiş Venesuela ilə həmrəy olduqlarını bildirərək öz köməklərini təklif ediblər.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə Venesuela prezidentinin səlahiyyətli nümayəndəsi Delsi Rodriqes məlumat verib.

Delsi Rodriqes beynəlxalq ictimaiyyətə göstərilən diqqətə görə təşəkkürünü ifadə edib: "Baş vermiş zəlzələlərdən dərhal sonra Venesuela ilə əlaqə saxlayaraq öz həmrəyliyini və dəstəyini nümayiş etdirən dünya hökumətlərinə minnətdarlığımı bildirmək istəyirəm."

Paytaxt Karakasda yaşayış binaları uçub.