Avropa ölkələrində, xüsusən də şimal regionlarında kondisionerlər yaxın vaxtlara qədər ilkin tələbat əşyası hesab edilmirdi. Lakin insanların sağlamlığına və infrastruktura təhlükə yaradan ekstremal yüksək temperaturlar səbəbindən soyutma sistemlərinə tələbat sürətlə artır.
“İki sahil” xəbər verir ki, "ClimaMeter" tədqiqat layihəsinin məlumatlarına görə, Almaniyada 2019-2024-cü illər ərzində kondisionerlərə olan tələbat 75% artsa da, hazırda mənzillərin yalnız 6%-i bu sistemlərlə təchiz olunub. Bununla belə, "Eurovent" assosiasiyasının rəhbər müavini Steyn Renneboq qeyd edir ki, binaların soyudulması hələ də "çox vaxt dəbdəbə kimi qəbul edilir". "Boston Consulting Group"un hesabatına görə, köhnə binalarda soyutma sistemlərinin quraşdırılması "normativ və estetik maneələr" səbəbindən çətinlik yaradır.
Bundan başqa, mənzil kirayə götürən şəxslərin öz mülkiyyətində olmayan sahəyə böyük vəsait yatırmaq istəməməsi və mülkiyyətçilərin quraşdırmaya icazə verməməsi digər əsas problemlərdəndir.
Ekoloji məsələlər də diqqətdən kənarda qalmır:
- Qlobal miqyasda soyutma prosesi illik elektrik enerjisi tələbatının təxminən 10%-ni təşkil edir.
- Bu enerjinin böyük hissəsi hələ də ətraf mühiti çirkləndirən qalıq yanacaq növləri hesabına istehsal olunur.
- Araşdırmalar göstərir ki, kondisionerlərdən geniş istifadə xarici havanın temperaturunu bir neçə dərəcə yüksəldə bilir.
Finlandiya Prezidenti Avropa ölkələrini Rusiya ilə dialoqu bərpa etməyə çağırıb
Varşava "Patriot" istehsalının bir hissəsinin Polşaya köçürülməsi barədə ABŞ ilə danışıqlar aparır
Britaniyanın sabiq XİN rəhbəri 2028-ci ildə London meri postu uğrunda mübarizə aparacaq
Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad edib