Biz Azərbaycan ilə təbii qaz təchizatı sahəsində çox vacib danışıqlar aparmışıq və optimal, münasib qiymətə iki milyard kubmetrdən çox qaz zəmanəti almışıq.
“İki sahil” xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze Parlamentə illik hesabatı zamanı deyib. Onun sözlərinə görə, hesabat dövründə qazlaşdırma prosesi zamanı təxminən 10 min ev təsərrüfatını əhatə edən 60-dan çox yaşayış məntəqəsi qaz təchizatı şəbəkəsinə qoşulub.
“Ölkəmiz üçün fundamental əhəmiyyət kəsb edən qaz təchizatı ilə bağlı dost ölkəmiz olan Azərbaycanla çox vacib danışıqlar apardıq və bu danışıqlar böyük uğurla başa çatdırılıb. Danışıqlar və əldə edilən nəticələr üçün həm İqtisadiyyat Nazirliyinə, həm də azərbaycanlı dostlarımıza təşəkkür etmək istəyirəm. Bu, ölkənin enerji təhlükəsizliyi üçün çox vacibdir”, - deyə Baş nazir bildirib.
Finlandiya Prezidenti Avropa ölkələrini Rusiya ilə dialoqu bərpa etməyə çağırıb
Varşava "Patriot" istehsalının bir hissəsinin Polşaya köçürülməsi barədə ABŞ ilə danışıqlar aparır
Britaniyanın sabiq XİN rəhbəri 2028-ci ildə London meri postu uğrunda mübarizə aparacaq
Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad edib