Hörmüz boğazını keçməyə çalışan ən azı üç xarici neft tankeri İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) xəbərdarlığından sonra geri qayıdıb.
“İki sahil” xəbər verir ki, bu barədə "Al Jazeera" İran dövlət televiziyasına istinadən məlumat yayıb.
Bu gün İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib ki, Hörmüz boğazından keçid sxemi İranla koordinasiya edilməli və ABŞ ilə imzalanmış İslamabad Anlaşma Memorandumunun beşinci bəndinin müddəalarına əsaslanmalıdır.
"Əks halda, qeyd olunan paralel marşrutun fəaliyyəti dayandırılacaq", - o qeyd edib.
Finlandiya Prezidenti Avropa ölkələrini Rusiya ilə dialoqu bərpa etməyə çağırıb
Varşava "Patriot" istehsalının bir hissəsinin Polşaya köçürülməsi barədə ABŞ ilə danışıqlar aparır
Britaniyanın sabiq XİN rəhbəri 2028-ci ildə London meri postu uğrunda mübarizə aparacaq
Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad edib