Gürcüstan parlamentinin yaz sessiyası başa çatıb.
“İki sahil” xəbər verir ki, "Report"un yerli bürosunun məlumatına görə, sessiyanın son plenar iclası hökumətin illik fəaliyyət hesabatının təqdim edilməsinə həsr olunub. İclasda Baş nazir İrakli Kobaxidze hökumətin ötən dövrdə gördüyü işlər barədə deputatlar qarşısında hesabat verib.
Plenar iclasın sonunda parlamentdə gərginlik yaşanıb. "Gürcü Arzusu" hakim partiyasının deputatları ilə "Qaxaria Gürcüstan naminə" fraksiyasının üzvləri arasında mübahisə fiziki qarşıdurmaya çevrilib. Deputatlar arasında yumruq davası baş verib.
Qarşıdurmadan sonra parlamentin yaz sessiyası dövlət himninin səsləndirilməsi ilə rəsmən bağlanıb.Mövcud məlumata əsasən, parlamentin payız sessiyası sentyabrın 1-də başlayacaq. Hazırda parlamentin növbədənkənar iclasının çağırılması nəzərdə tutulmur.
Finlandiya Prezidenti Avropa ölkələrini Rusiya ilə dialoqu bərpa etməyə çağırıb
Varşava "Patriot" istehsalının bir hissəsinin Polşaya köçürülməsi barədə ABŞ ilə danışıqlar aparır
Britaniyanın sabiq XİN rəhbəri 2028-ci ildə London meri postu uğrunda mübarizə aparacaq
Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad edib
Qalibaf Bessentin bölgədən tonlarla neft çıxarıldığı barədə iddialarını təkzib edib