"ABŞ və İran arasında atəşkəsin təmin edilməsinə dair anlaşma memorandumunun imzalanmasından çox məmnunuq. Həmçinin, bu atəşkəsin Livanı da əhatə etməsini müsbət bir inkişaf kimi qiymətləndiririk".
“İki sahil” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ottavada kanadalı həmkarı Anita Anand ilə birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Hörmüz boğazından fasiləsiz və sərbəst keçidin təmin edilməsi vacibdir:
"Türkiyə olaraq, ABŞ və İran arasında davam edən danışıqlar prosesinə töhfə verməyə davam edəcəyik. İsrailin bu danışıqları sabotaj etməsinə icazə verilməməlidir və beynəlxalq ictimaiyyət bu məsələdə son dərəcə ayıq-sayıq olmalıdır".
Finlandiya Prezidenti Avropa ölkələrini Rusiya ilə dialoqu bərpa etməyə çağırıb
Varşava "Patriot" istehsalının bir hissəsinin Polşaya köçürülməsi barədə ABŞ ilə danışıqlar aparır
Britaniyanın sabiq XİN rəhbəri 2028-ci ildə London meri postu uğrunda mübarizə aparacaq
Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad edib
Qalibaf Bessentin bölgədən tonlarla neft çıxarıldığı barədə iddialarını təkzib edib