Konqo Demokratik Respublikasında (KDR) təsdiqlənmiş Ebola qızdırması hallarının sayı son 24 saatda 48 nəfər artaraq 1203-ə çatıb.
“İki sahil” xəbər verir ki, bu barədə Konqo Rabitə və Media İşləri Nazirliyi gündəlik bülletenində məlumat verib.
Eboladan ölənlərin sayı dünənkindən 17 nəfər çox olmaqla 321 nəfərə çatıb. Ölüm nisbəti isə 26,6%-dir. Hazırkı Ebola epidemiyası mayın 15-də Konqo Demokratik Respublikasının şərqində başlayıb. Onun episentri İturi əyalətindədir. Qonşu Uqandada da Eboladan yoluxma və ölüm halları var.
Finlandiya Prezidenti Avropa ölkələrini Rusiya ilə dialoqu bərpa etməyə çağırıb
Varşava "Patriot" istehsalının bir hissəsinin Polşaya köçürülməsi barədə ABŞ ilə danışıqlar aparır
Britaniyanın sabiq XİN rəhbəri 2028-ci ildə London meri postu uğrunda mübarizə aparacaq
Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad edib
Qalibaf Bessentin bölgədən tonlarla neft çıxarıldığı barədə iddialarını təkzib edib