27 iyun 2026 11:35
88

Fərid Qayıbov Kayrat Sarıbayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

İyunun 26-da Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Gənclər Şurasının 9-cu iclası çərçivəsində gənclər və idman naziri Fərid Qayıbov AQEM-in baş katibi Kayrat Sarıbayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

“İki sahil” xəbər verir ki, görüş zamanı Azərbaycanın AQEM-in Gənclər Şurasına sədrliyi çərçivəsində ötən dövr ərzində həyata keçirilən fəaliyyətlər, Azərbaycan ilə AQEM arasında gənclər sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Görüş zamanı AQEM-in yaradılmasının 20 illiyinə həsr olunmuş xüsusi nəşr gənclər və idman naziri Fərid Qayıbova təqdim edilib. Qeyd olunub ki, nəşrdə nazirin AQEM çərçivəsində gənclər əməkdaşlığının inkişafına dair baxışlarını əks etdirən məqaləsi də yer alıb.

Görüşdə həmçinin AQEM çərçivəsində gələcək əməkdaşlıq istiqamətləri, birgə təşəbbüslərin həyata keçirilməsi və Gənclər Şurası platforması çərçivəsində fəaliyyətin daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.