Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi Geka Geladze Ermənistana rəsmi səfər edib.
“İki sahil” xəbər verir ki, bu barədə Gürcüstan DTX məlumat yayıb. Bildirilir ki, səfər çərçivəsində Geka Geladze Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyanla görüşüb.
Görüşdə tərəflər Gürcüstan və Ermənistan arasında strateji tərəfdaşlıq məsələlərini, regionda baş verən hadisələri və mövcud çətinlikləri nəzərdən keçiriblər. Qlobal təhdidlərin aradan qaldırılması prosesində iki ölkənin təhlükəsizlik xidmətləri arasında əməkdaşlığın dərinləşdirilməsinin vacibliyi vurğulanıb.
Finlandiya Prezidenti Avropa ölkələrini Rusiya ilə dialoqu bərpa etməyə çağırıb
Varşava "Patriot" istehsalının bir hissəsinin Polşaya köçürülməsi barədə ABŞ ilə danışıqlar aparır
Britaniyanın sabiq XİN rəhbəri 2028-ci ildə London meri postu uğrunda mübarizə aparacaq
Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad edib
Qalibaf Bessentin bölgədən tonlarla neft çıxarıldığı barədə iddialarını təkzib edib