Rusiya qoşunları iyunun 27-nə keçən gecə Ukraynanın Zaporojye və Xarkov vilayətlərindəki yanacaqdoldurma məntəqələrinə (YDM) zərbələr endirib.
“İki sahil” Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, Zaporojyedə zərbə nəticəsində qaz çəni və YDM-nin inzibati binası yanıb.
Xarkov vilayətində Xarkov rayonunun Solonitsevka icmasındakı iki YDM atəşə tutulub. Həmin məntəqələrin birində bina dağılıb, təxminən 400 kv. metr sahədə yanğın baş verib və 10 ədəd texnika zərər görüb.
Digər məntəqədə hücum nəticəsində YDM-nin operator binası zədələnib.
Finlandiya Prezidenti Avropa ölkələrini Rusiya ilə dialoqu bərpa etməyə çağırıb
Varşava "Patriot" istehsalının bir hissəsinin Polşaya köçürülməsi barədə ABŞ ilə danışıqlar aparır
Britaniyanın sabiq XİN rəhbəri 2028-ci ildə London meri postu uğrunda mübarizə aparacaq
Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad edib
Qalibaf Bessentin bölgədən tonlarla neft çıxarıldığı barədə iddialarını təkzib edib