Moskva ətrafındakı Solneçnoqorskda ad gününün qeyd edilməsi zamanı kütləvi zəhərlənmə nəticəsində 2 nəfər ölüb, 6 nəfər isə xəstəxanaya yerləşdirilib.
“İki sahil” Rusiya mediasına istinadən xəbər verir ki, hadisə iyunun 27-nə keçən gecə Bakeyevo kottec şəhərciyindəki fərdi evdə baş verib.
İlkin məlumatlara görə, səkkiz nəfərdə zəhərlənmə əlamətləri aşkarlanıb. 25 və 26 yaşlı iki kişi təcili yardım briqadası gələnə qədər vəfat edib.
Ziyafətin digər iştirakçıları "naməlum maddənin oral qəbulu nəticəsində kəskin zəhərlənmə" diaqnozu ilə təcili olaraq tibb müəssisələrinə çatdırılıblar. Mövcud məlumata görə, onlardan üçünün vəziyyəti ağırdır.
Zəhərlənmənin səbəbləri və baş vermiş hadisənin bütün təfərrüatları müəyyənləşdirilir.
Finlandiya Prezidenti Avropa ölkələrini Rusiya ilə dialoqu bərpa etməyə çağırıb
Varşava "Patriot" istehsalının bir hissəsinin Polşaya köçürülməsi barədə ABŞ ilə danışıqlar aparır
Britaniyanın sabiq XİN rəhbəri 2028-ci ildə London meri postu uğrunda mübarizə aparacaq
Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad edib
Qalibaf Bessentin bölgədən tonlarla neft çıxarıldığı barədə iddialarını təkzib edib