Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ölkəsinin strateji kursunun Avropa İttifaqına inteqrasiya olaraq qaldığını bildirib.
“İki sahil” xəbər verir ki, nazir bu barədə Xorvatiyada keçirilən Dubrovnik Forumu çərçivəsində planlaşdırılan panel müzakirəsində iştirak etməzdən əvvəl jurnalistlərə açıqlamasında danışıb.
Boçorişvilinin sözlərinə görə, builki müzakirələr çoxvektorlu diplomatiyaya həsr olunub və bu mövzu Gürcüstan üçün həm coğrafi mövqeyi, həm də geosiyasi reallıqlar baxımından xüsusi əhəmiyyət daşıyır.
O qeyd edib ki, Gürcüstan müxtəlif region ölkələri ilə tərəfdaşlıq əlaqələrini genişləndirir və bunun əsas məqsədi ölkənin regional bağlantı və tranzit imkanlarından daha səmərəli istifadə etməkdir.
Nazir vurğulayıb ki, bu siyasət Gürcüstanın strateji xarici siyasət kursunun dəyişməsi anlamına gəlmir.
"Gürcüstanın strateji seçimi Avropa İttifaqına inteqrasiyadır və bu, bizim üçün mühüm istiqamətdir. Çıxışımda da bu mövqeni açıq şəkildə ifadə edəcəyəm", - deyə Maka Boçorişvili bildirib.
Finlandiya Prezidenti Avropa ölkələrini Rusiya ilə dialoqu bərpa etməyə çağırıb
Varşava "Patriot" istehsalının bir hissəsinin Polşaya köçürülməsi barədə ABŞ ilə danışıqlar aparır
Britaniyanın sabiq XİN rəhbəri 2028-ci ildə London meri postu uğrunda mübarizə aparacaq
Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad edib
Qalibaf Bessentin bölgədən tonlarla neft çıxarıldığı barədə iddialarını təkzib edib