İran və BƏƏ Cəbəl-Əli limanı vasitəsilə ticarət əməkdaşlığını bərpa edir.
“İki sahil” İRNA xəbər agentliyinə istinadən bildirir ki, İranın Ticarətin Təşviqi Təşkilatının ticarət xidmətləri üzrə müavini Cəbəl-Əli limanı vasitəsilə BƏƏ ilə ticarət əlaqələrinin bərpa olunduğunu elan edib.
Cəbəl-Əli Fars körfəzinin cənubundakı ən mühüm limanlardan biridir. BƏƏ ərazisində yerləşən liman bu ölkə ilə İran arasında ticarətin böyük hissəsini idarə edən əsas tranzit qovşağı kimi xidmət edir.
Bu il fevralın 28-də bölgədə başlayan hərbi əməliyyatlar nəticəsində Cəbəl-Əli limanı vasitəsilə ticarət əməliyyatları dayandırılmışdı.
Finlandiya Prezidenti Avropa ölkələrini Rusiya ilə dialoqu bərpa etməyə çağırıb
Varşava "Patriot" istehsalının bir hissəsinin Polşaya köçürülməsi barədə ABŞ ilə danışıqlar aparır
Britaniyanın sabiq XİN rəhbəri 2028-ci ildə London meri postu uğrunda mübarizə aparacaq
Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad edib
Qalibaf Bessentin bölgədən tonlarla neft çıxarıldığı barədə iddialarını təkzib edib