Həştərxanda kütləvi zəhərlənmədən sonra 12 nəfər xəstəxanaya yerləşdirilib.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin məlumatında bildirilib.
İlkin məlumatlara görə, şəhərdə ictimai iaşə müəssisəsində hazırlanmış hazır qidaları yeyən vətəndaşlar arasında kəskin bağırsaq infeksiyasına kütləvi yoluxma qeydə alınıb.
"Tibbi yardım üçün azı 12 nəfər müraciət edib. Bütün zərərçəkənlər zəruri müalicə aldıqları infeksion stasionara yerləşdirilib. Laborator müayinələrin nəticələrinə əsasən, xəstələnənlərdə salmonellyoz aşkar edilib", - məlumatda bildirilib.
Rusiya Federasiyası İstintaq Komitəsinin Həştərxan vilayəti üzrə istintaq orqanları prosessual yoxlama aparır.
Hazırda hadisənin bütün təfərrüatları müəyyənləşdirilir. Yoxlamanın yekunlarına əsasən prosessual qərar qəbul ediləcək.
Finlandiya Prezidenti Avropa ölkələrini Rusiya ilə dialoqu bərpa etməyə çağırıb
Varşava "Patriot" istehsalının bir hissəsinin Polşaya köçürülməsi barədə ABŞ ilə danışıqlar aparır
Britaniyanın sabiq XİN rəhbəri 2028-ci ildə London meri postu uğrunda mübarizə aparacaq
Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad edib
Qalibaf Bessentin bölgədən tonlarla neft çıxarıldığı barədə iddialarını təkzib edib