Özbəkistanda 16 yaşdan kiçik uşaqlar üçün sosial şəbəkələrə girişin qanunvericiliklə məhdudlaşdırılması imkanı nəzərdən keçirilir.
“İki sahil” Özbəkistan mediasına istinadən xəbər verir ki, bu barədə məktəbəqədər və məktəb təhsili naziri Ezozxon Karimova bildirib.
Nazir qeyd edib ki, bu məsələ artıq deputatlar və senatorlarla müzakirə olunub. Hazırda ictimai müzakirəyə çıxarılması planlaşdırılan mümkün qanun layihəsi üzərində iş aparılır.
Karimovanın sözlərinə görə, uşaqların smartfonlardan istifadəsini tamamilə aradan qaldırmaq qeyri-mümkündür, lakin onlardan istifadəni tənzimləmək və müvafiq mədəniyyət formalaşdırmaq lazımdır.
O xatırladıb ki, məktəblərdə bu qaydalar artıq qüvvədədir və onlara əsasən şagirdlər təhsil müəssisələrinə daxil olmazdan əvvəl mobil telefonlarını təhvil verməlidirlər. Nazir vurğulayıb ki, lakin bu normalara hər yerdə əməl olunmur.
"İndi biz bunu daha ciddi nəzarətə götürmək və 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən istifadəsini qanunvericiliklə məhdudlaşdırmaq istəyirik", - Karimova deyib.
Finlandiya Prezidenti Avropa ölkələrini Rusiya ilə dialoqu bərpa etməyə çağırıb
Varşava "Patriot" istehsalının bir hissəsinin Polşaya köçürülməsi barədə ABŞ ilə danışıqlar aparır
Britaniyanın sabiq XİN rəhbəri 2028-ci ildə London meri postu uğrunda mübarizə aparacaq
Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad edib
Qalibaf Bessentin bölgədən tonlarla neft çıxarıldığı barədə iddialarını təkzib edib