"Zirə" Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində bu gün ilk yoxlama oyununa çıxıb.
“İki sahil” xəbər verir ki, Rəşad Sadıqovun komandası Özbəkistan təmsilçisi “Navbahor”la qarşılaşıb. Matç rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Zirə"nin heyətində Yeqor Boqomolski fərqlənib.
Xatırladaq ki, "Zirə" hazırlıq prosesi çərçivəsində Bakıda "Qarabağ" klubu ilə qarşılaşaraq rəqibinə 3:4 hesabı ilə uduzub. Komanda 1 iyulda növbəti yoxlama matçına çıxacaq.
Azərbaycan Basketbol Liqası: Bu gün "Sabah" və "Neftçi" komandaları üz-üzə gələcək