Serbiya Ordusuna daha çox pilot lazım olacaq, çünki "Rafale" qırıcı təyyarələri gəlir.
“İki sahil” xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç bu gün Batajnitsa hərbi aerodromunda ölkə Ordusunun yeni, modernləşdirilmiş vasitə və sistemlərinin təqdimatında bildirib.
O qeyd edib ki, ölkəyə yeni "Rafale" döyüş təyyarələri gətiriləcək, həmçinin Serbiya Ordusu üçün daha bir satınalma həyata keçiriləcək. Bununla belə, dövlət başçısı hələlik bu barədə danışmayıb.
"Hazırda Hərbi Akademiyaya əvvəlkindən daha çox kursant qəbul olunub. Düşünürəm, ilk dəfədir ki, kifayət qədər qəbul olunmuş kursantımız var. Ümid edirik, onların sayı daha da artacaq, çünki bizə insan resursu lazımdır. "Rafale"lər gələcək, bundan əlavə, hələ danışa bilmədiyim başqa texnika da gələcək", - A.Vuçiç "hava-hava" silahları ilə təchiz edilmiş MiQ-29 təyyarəsinə baxış zamanı deyib.
Prezident bildirib ki, pilotların mümkün qədər çox uçuş saatına malik olması çox vacibdir.
Hərbçilərlə söhbət zamanı Vuçiçə hazırda Hərbi Akademiyada pilot hazırlığı üzrə qrupların sayının iki dəfə artırıldığı bildirilib. Prezident isə deyib ki, pilotların maaşları da artırılıb.
Finlandiya Prezidenti Avropa ölkələrini Rusiya ilə dialoqu bərpa etməyə çağırıb
Varşava "Patriot" istehsalının bir hissəsinin Polşaya köçürülməsi barədə ABŞ ilə danışıqlar aparır
Britaniyanın sabiq XİN rəhbəri 2028-ci ildə London meri postu uğrunda mübarizə aparacaq
Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad edib
Qalibaf Bessentin bölgədən tonlarla neft çıxarıldığı barədə iddialarını təkzib edib