“Bağdada səfərimin birinci məqsədi İraq hökumətinə və xalqına təşəkkür etməkdir. Səfərim xüsusi bir şəraitdə baş tutur. İraq hökuməti ölkəmizə qarşı həyata keçirilən hücumları qətiyyətlə pisləyən mühüm mövqe ortaya qoyub.”
“İki sahil” xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi iraqlı həmkarı Fuad Hüseynlə bu gün Bağdadda keçirdiyi mətbuat konfransında deyib. Səfər ərzində, həmçinin ABŞ-İran razılaşması haqqında da söhbət aparılıb.
İran naziri, həmçinin səfərinin digər məqsədi İraqın Nəcəf və Kərbəla şəhərlərində yerləşən müqəddəs ziyarətgahlarda ölkəsinin ali lideri mərhum ayətullah Seyid Əli Xameneinin cənazəsi ilə keçiriləcək vida mərasimlərinin təşkili məsələlərini müzakirə etməkdir.
Medianın məlumatına görə, Seyid Əli Xameneinin dəfn mərasimi üzrə komitənin sözçüsü bildirib ki, İraq cəmiyyətinin müxtəlif təbəqələrindən gələn çoxsaylı müraciətlər əsasında İranın mərhum rəhbərinin cənazəsi ilə vida mərasimləri iyulun 8-də Nəcəf və Kərbəla şəhərlərində keçiriləcək.
Açıqlanan proqrama əsasən, rəsmi vida mərasimləri iyulun 4-də Tehrandakı Müsəllada başlayacaq və iki gün davam edəcək.
Əttarzadənin sözlərinə görə, dəfn mərasimi iyulun 7-də İranın Qum şəhərində keçiriləcək, bundan sonra Xameneinin cənazəsi İraqa aparılacaq.
Onun açıqlamasına əsasən, cənazə sonda İranın Məşhəd şəhərində xüsusi mərasimlə dəfn olunacaq.
Finlandiya Prezidenti Avropa ölkələrini Rusiya ilə dialoqu bərpa etməyə çağırıb
Varşava "Patriot" istehsalının bir hissəsinin Polşaya köçürülməsi barədə ABŞ ilə danışıqlar aparır
Britaniyanın sabiq XİN rəhbəri 2028-ci ildə London meri postu uğrunda mübarizə aparacaq
Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad edib
Qalibaf Bessentin bölgədən tonlarla neft çıxarıldığı barədə iddialarını təkzib edib