28 iyun 2026 16:40
105

Zelenski: Ukrayna Silahlı Qüvvələri Rusiyanın iki neft emalı zavoduna zərbə endirib

Ukrayna Silahlı Qüvvələri gecə Rusiyanın iki neft emalı zavoduna zərbə endirib.

“İki sahil” xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə sosial şəbəkə hesablarında yazıb.

"Hərbçilərimiz Ukrayna Konstitusiya Gününə (28 iyun - red.) böyük dəqiqliklə başlayıb. Gecə ərzində Krasnodar ərazisində, cəbhə xəttindən təxminən 300 km məsafədə yerləşən Slavyansk Neft Emalı Zavoduna və sərhədimizdən təxminən 700 km məsafədə yerləşən Yaroslavl vilayətindəki neft emalı zavoduna uzaqmənzilli zərbələr endirilib", - o dəqiqləşdirib.

Zelenskinin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Rusiyanın hərbi imkanlarını zəiflətmək üçün oxşar əməliyyatlar həyata keçirməyə davam edəcək.

"Bizim hər bir uzun mənzilli zərbəmiz Rusiya hərbi maşınına xidmət edən daha az resurs və sülhə doğru daha bir addım deməkdir. Biz Rusiyanın təcavüzünə cavab verməyə davam edəcəyik. Bizə kömək edən hər kəsə minnətdaram. Ukraynanı müdafiə edən hər kəs Konstitusiyanın gücünü də müdafiə edir", - Ukrayna lideri fikirlərini yekunlaşdırıb.