Fransada ekstremal istilər səbəbindən iyunda ötən illərin analoji dövrləri ilə müqayisədə 1000 daha çox ölüm halı qeydə alınıb.
“İki sahil” "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Fransanın Milli İctimai Səhiyyə Agentliyi məlumat yayıb.
Ölənlərin əksəriyyəti 65 yaşdan yuxarı şəxslərdir. Agentlik qocalar evlərindən və internatlardan məlumatlar daxil olduqdan sonra məyusedici göstəricinin artacağını istisna etməyib.
Fransanın səhiyyə naziri Stefani Rist xəbərdarlıq edib ki, istilərin fəsadları temperatur aşağı düşdükdən sonra 10 günədək öz təsirini göstərə bilər. "Bu, hələ başa çatmayıb", - o bildirib.
Agentlik qeyd edir ki, istilər şərqə doğru irəliləyir. Fransanın əksər regionlarında temperatur enib, lakin şimal-şərqdə hava təhlükəsi ilə bağlı xəbərdarlıqlar qüvvədə qalır. Hakimiyyət orqanları vətəndaşları ehtiyat tədbirlərinə riayət etməyə və yaşlı insanlara diqqət ayırmağa çağırır.
Alimlər qeyd edirlər ki, iyunun 20-də başlayan anоmal istilər Avropada bütün müşahidələr tarixi ərzindəki rekordları yeniləyib. Bu, onlarla insanın ölümünə səbəb olub, elektrik stansiyalarının işini pozub və bir sıra ölkələrin infrastrukturuna ziyan vurub.
Finlandiya Prezidenti Avropa ölkələrini Rusiya ilə dialoqu bərpa etməyə çağırıb
Varşava "Patriot" istehsalının bir hissəsinin Polşaya köçürülməsi barədə ABŞ ilə danışıqlar aparır
Britaniyanın sabiq XİN rəhbəri 2028-ci ildə London meri postu uğrunda mübarizə aparacaq
Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad edib
Qalibaf Bessentin bölgədən tonlarla neft çıxarıldığı barədə iddialarını təkzib edib