28 iyun 2026 18:40
134

"Real"ı tərk edə bilər

"Real"ın yarımmüdafiəçisi Eduardo Kamavinqa yay transfer pəncərəsində komandanı tərk edə bilər.

“İki sahil” xəbər verir ki, "AS" nəşrinin məlumatına görə, klub rəhbərliyi heyəti daha da gücləndirməzdən əvvəl bəzi futbolçularla yolları ayırmağı planlaşdırır. Transferə əsas namizədlərdən biri də 23 yaşlı fransalı futbolçudur.

Bildirilir ki, "kral klubu" yarımmüdafiəçinin satışından ən azı 60 milyon avro gəlir əldə etməyi ümid edir. Lakin transferlə bağlı yekun qərar baş məşqçi Joze Mourinyonun qərarından asılı olacaq. Bununla yanaşı, gənc oyunçu ilə İtaliyanın "İnter" və Fransanın PSJ klubları da yaxından maraqlanır.

Qeyd edək ki, Kamavinqa ötən mövsüm "Real"ın heyətində 43 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib. "Transfermarkt" portalına görə, futbolçunun bazar dəyəri 50 milyon avro təşkil edir.