28 iyun 2026 20:24
97

“Nyukasl” futbolçusunu rekord maaşla heyətdə saxlayır

“Nyukasl” Bruno Qimaraeslə yeni müqavilə imzalamağa hazırlaşır.

“İki sahil” xəbər verir ki, “The Sun” nəşrinin məlumatına görə, İngiltərə klubu braziliyalı yarımmüdafiəçiyə 2030-cu ilə qədər nəzərdə tutulan yeni sözləşmə təklif edəcək. Müqaviləyə əsasən, futbolçunun həftəlik maaşı təxminən 200 min funt sterlinq olacaq.

Bildirilir ki, yeni müqavilə imzalanacağı halda Qimaraes “Nyukasl” tarixinin ən çox qazanan futbolçusuna çevriləcək.

Klub rəhbərliyi bununla “Arsenal”ın marağına baxmayaraq komandanın kapitanını heyətdə saxlamağı planlaşdırır.