29 iyun 2026 22:38
69

"Ayntraxt" 18 yaşlı futbolçuya göz dikdi

"Ayntraxt" (Frankfurt) "Midtyulland"ın 18 yaşlı hücumçusu Malik Pimpongu transfer etməyə yaxındır.

“İki sahil” "Sky" nəşrinin məlumatına görə, tərəflər arasında danışıqlar yekun mərhələyə çatıb və yalnız son detalların razılaşdırılması məsələsi qalıb.

Bildirilir ki, gənc hücumçu Almaniya klubu ilə 2031-ci ilə qədər müqavilə imzalayacaq. Transferin dəyəri isə 2,5-3 milyon avro arasında qiymətləndirilir.

Qeyd edək ki, Pimpong ötən mövsüm "Midtyulland"ın U-19 komandasında 30 oyunda 24 qol vurub. Danimarka gənclər millisinin üzvü olan futbolçu həm mərkəz hücumçusu, həm də cinahlarda çıxış edə bilir.