02 iyul 2026 17:01
126

Dövlət əmlakının özəlləşdirilməsindən büdcəyə 650 milyon manata yaxın vəsait daxil olub - EKSKLÜZİV

Son beş ildə 4756 müəssisə və obyekt özəlləşdirilib, qeyri-neft sektoruna 100 milyon manata yaxın investisiya cəlb edilib

Son illərdə dövlət əmlakının özəlləşdirilməsi istiqamətində mühüm nəticələr əldə olunub.

Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət əmlakının özəlləşdirilməsinin təşkili şöbəsinin müdiri Əziz Mirzəyev “İki sahil”in sorğusuna cavab olaraq bildirib ki, 2020–2025-ci illərdə 4756 müəssisə və obyekt özəlləşdirilib.

Onun sözlərinə görə, bu dövrdə 65 açıq səhmdar cəmiyyətinin dövlətə məxsus səhm zərfləri, eləcə də 1402 müəssisə və obyektin altında yerləşən 868 hektar torpaq sahəsi mülkiyyət formasını dəyişib.

Əziz Mirzəyev qeyd edib ki, özəlləşdirmə prosesindən dövlət büdcəsinə 650 milyon manata yaxın vəsait daxil olub. Eyni zamanda bir sıra müəssisələrə özəl sektorun cəlb edilməsi hesabına dövlətin iştirak payı azaldılıb, müasir korporativ idarəetmə formalaşdırılıb və qeyri-neft sektorunda özəlləşdirilən müəssisələrə 100 milyon manata yaxın investisiya yatırılıb.

Şöbə müdiri bildirib ki, "Azərbaycan Sənaye Korporasiyası" ASC, "Azərkontrakt" ASC, "Aqrarkredit" QSC Bank olmayan Kredit Təşkilatı və "Azalternativenerji" MMC-nin bir sıra müəssisə və obyektləri də özəlləşdirməyə açılıb.

Yaqut Ağaşahqızı, "İki sahil"