Keçmiş məcburi köçkünlərin məskunlaşması və zəbt olunmuş obyektlər səmərəli istifadəyə təsir göstərir
Dövlət balansında qalan bəzi əmlakların idarə olunmasında bir sıra obyektiv çətinliklər mövcuddur.
Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət əmlakının özəlləşdirilməsinin təşkili şöbəsinin müdiri Əziz Mirzəyev "İki sahil"in sorğusuna cavab olaraq bildirib ki, idarə olunan bəzi dövlət aktivlərindən səmərəli istifadəyə keçmiş qaçqın və məcburi köçkünlərin məskunlaşması, bəzi obyektlərin zəbt olunması, eləcə də obyektlərin ucqar ərazilərdə yerləşməsi mane olur.
Bununla belə, şöbə müdiri qeyd edib ki, həmin aktivlərin iqtisadi dövriyyəyə cəlb olunması istiqamətində işlər davam etdirilir.
Əziz Mirzəyev bildirib ki, dövlət əmlakının qorunması və səmərəli istifadəsinə daimi nəzarət olunur, mütəmadi monitorinqlər keçirilir və nəticələr aidiyyəti qurumlara təqdim edilir.
Yaqut Ağaşahqızı, "İki sahil"
Dövlət torpaqlarının icarəsində rekord artım: Müqavilələrin sayı 12 min 900-ə çatıb
Özəlləşdirilən müəssisələrin fəaliyyətinə dövlət hansı hallarda nəzarət edir? - OXUYUN XƏBƏRİNİZ OLSUN
Dövlət əmlakının qiymətləndirilməsi müstəqil qiymətləndiricilər tərəfindən aparılır