2 iyul 2026-cı il tarixində Enerji Dialoqu Platforması çərçivəsində SOCAR-ın “Eko-park”ında gənc media nümayəndələri üçün məlumatlandırma sessiyası keçirilib.
Sessiyada SOCAR-ın Ətraf mühit ilə bağlı məlumatların açıqlanması və əlaqələrin idarə edilməsi Departamentinin rəisi Mustafa Qurbanlı təqdimatla çıxış edərək etibarlı və dayanıqlı enerji təchizatçısı kimi SOCAR-ın dekarbonizasiya strategiyası çərçivəsində görülən işlər, həyata keçirilən layihələr və qarşıya qoyulan hədəflər barədə məlumat verib.
“SOCAR Green” şirkətinin baş direktorunun müşaviri Elnar Mehdizadə çıxışında SOCAR-ın yaşıl enerji gündəliyindən və beynəlxalq tərəfdaşlarla birgə icra olunan layihələrdən bəhs edib.
Sonra media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
Daha sonra jurnalistlər "Eko-park"ın ərazisi ilə tanış olub, burada görülən işlər barədə məlumatlandırılıblar.
ORXAN VAHİDOĞLU, "İki sahil"