03 iyul 2026 11:16
112

Praqada cüdo üzrə gənclər arasında Avropa Kuboku keçiriləcək

4–5 iyul tarixlərində Çexiyanın paytaxtı Praqada cüdo üzrə gənclər arasında Avropa Kuboku keçiriləcək. 

“İki sahil” xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşacaq yarışda ölkəmiz 11 çəki dərəcəsində 21 cüdoçu (14 oğlan, 7 qız) ilə təmsil olunacaq. Kollektivə gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli, məşqçi Elxan Rəcəbli, qadınlardan ibarət yığmanın böyük məşqçi Saşa Herkenrat-Vimar və məşqçi İmamverdi Məmmədov rəhbərlik edəcəklər.

Beynəlxalq turnirdə 33 ölkədən 470 idmançı (299 oğlan, 171 qız) mübarizə aparacaq. 

Heyəti təqdim edirik:

Oğlanlar

-60 kq
Ayxan Mirzəzadə

-66 kq
Məhəmməd Musayev 

-73 kq
Mehdi Cəfərov 
Əbil Yusubov 
Səlim Sultanov 

-81 kq
Cəsur İbadlı
Mehdi Abbasov 
Roman Qarayev 

-90 kq
Əli Qazıməmmədov
Süleyman Şükürov 
Murad Allahverdiyev 

-100 kq
Davud Namazlı 
Canpolad Əliyev 

+100 kq
Ramazan Əhmədov 

Qızlar 

-48 kq
Nərgiz Əhmədov

-52 kq
Nuranə Hacızadə 
Fəridə Mirzəyeva

-57 kq
Xədicə Qədəşova
Aytən Verdiyeva
Vüsalə Hacıyeva 

-63 kq
Nilgün Rzayeva