Bu gün İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatı başa çatacaq.
“İki sahil” xəbər verir ki, turnirin son günündə qarışıq komanda yarışı olacaq.
1/8 final
Azərbaycan – Çexiya
Qarışıq komanda yarışında ümumilikdə 6 çəki dərəcəsində (oğlanlar: -60 kq, -81 kq, +81 kq; qızlar: -48 kq, -63 kq, +63 kq) görüşlər təşkil olunacaq. Ümumilikdə mübarizəyə 13 yığma (137 cüdoçu) qoşulacaq.
Təsnifat mərhələsi – 13:30
Final bloku – 19:30
Canlı yayım: Judo TV
Komandamıza uğurlar arzulayırıq!