04 iyul 2026 14:29
102

Bir turnirdə iki dəfə avtoqol müəllifi olub -  Mundialda antirekord

Misir millisinin müdafiəçisi Məhəmməd Hani DÇ-2026-da arzuolunmaz rekorda sahib çıxıb.

“İki sahil” xəbər verir ki, 29 yaşlı futbolçu 1/16 finalda Avstraliya ilə oyunda (1:1, pen. 4:2) avtoqol müəllifi olub.

Bununla da Hani statistikanın aparıldığı 1966-cı ildən bəri dünya çempionatlarında bir turnirdə iki dəfə öz qapısına qol vuran ilk futbolçu kimi tarixə düşüb.

O, bundan əvvəl qrup mərhələsinin ilk turunda Belçika ilə keçirilən görüşdə (1:1) də avtoqol etmişdi.

Qeyd edək ki, Misir millisi penaltilər seriyasında Avstraliyanı məğlub edərək 1/8 finala yüksəlib. Komanda bu mərhələdə Argentina ilə qarşılaşacaq.