Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ-İran böhranının həlli missiyasını “tarixi” adlandırıb. O qeyd edib ki, bu mürəkkəb vəzifə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və dost ölkələrin səmimi dəstəyi olmadan yerinə yetirilə bilməzdi.
“İki sahil” xəbər verir ki, İstanbulda keçirilən Türkiyə-Pakistan Biznes-Forumunda çıxış edən Baş nazir Türkiyənin Pakistanın ən sadiq müttəfiqlərindən biri olduğunu və bunun belə qalacağını vurğulayıb. “Xalqlarımız arasındakı qardaşlıq əlaqələri əsrlər boyu davam edir. Bu dostluq 1947-ci ildə Pakistanın qurulmasından çox əvvəl möhkəmlənib”, - deyə o bildirib.
Şərif qeyd edib ki, müasir Pakistan ABŞ ilə İran arasında vasitəçilik də daxil olmaqla mürəkkəb məsələlərin həllinə töhfə verə biləcək səviyyəyə çatıb.
“Prezident Rəcəb Tayyib Ərdoğanın, habelə dost və qardaş ölkələrin digər liderlərinin səmimi dəstəyi olmadan bu məqsədə çatmaq faktiki olaraq mümkün olmazdı”, - deyə Şərif bildirib. O, mövcud imkanlardan istifadə etməyə və “bütün regionun rifahı naminə sülh prosesinin potensialını açmağa” çağırıb.
Şənbə günü Türkiyə Prezidenti ilə Pakistanın Baş naziri arasında “Vəhdəttin” iqamətgahında ikitərəfli görüş baş tutub.
Pakistanın təhlükəsizlik qüvvələri Bəlucistanda əməliyyatlar zamanı 15 yaraqlını məhv edib
Çinin “MiniMax” süni intellekt şirkətinin təsisçisi sərvətinin 90 faizindən çoxunu itirib
Bu gün Fransada keçirilən etiraz aksiyalarında 80 mindən çox insan iştirak edib