04 iyul 2026 21:54
89

"Beşiktaş" futbolçusu ilə yollarını ayırdı

"Beşiktaş" futbolçusu Gökhan Sazdağının transferi ilə bağlı "Çorum FK" ilə razılığa gəlib.

“İki sahil” xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

Beləliklə, Gökhan Sazdağı yeni mövsümdən öncə "Beşiktaş"dan ayrılan 9-cu futbolçu olub.

Qeyd edək ki, 2025-ci ilin yayında "Kayserispor"dan transfer olunan müdafiəçi ötən mövsüm "Beşiktaş"ın heyətində 18 oyuna çıxsa da, qol və məhsuldar ötürmə ilə yadda qalmayıb.