Zəngilanda 64 yaşlı kişi Həkəri çayında boğularaq ölüb.
Hadisə rayonun Ağalı kəndi ərazisində qeydə alınıb.
Belə ki, 1962-ci il təvəllüdlü Nuşirəvan Mehdi oğlu Həsənov Həkəri çayında çimərkən boğulub.
Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
"Report"