05 iyul 2026 16:34
102

"Real" növbəti transferini açıqladı

Madrid "Real"ı bu yayın növbəti transferini açıqlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

"Kral klubu" "Inter" və Niderland millisinin müdafiəçisi Denzel Dumfrisi heyətinə cəlb edib. Tərəflər 2030-cü ilin iyununa qədər müqavilə imzalanıb.

Mətbuatda Madrid təmsilçisinin futbolçunun müqaviləsində nəzərdə tutulan 20 milyon avroluq sərbəstqalma məbləğinini ödədiyi yazılır. 

Qeyd edək ki, Dumfris ötən mövsüm bütün turnirlərdə 28 oyunda meydana çıxıb, 5 qol vurub və 2 məhsuldar ötürmə edib.

Xatırladaq ki, "Real" yay transfer pəncərəsində Bernardu Silva və İbrahima Konateni də transfer edib.