Portuqaliya millisinin müdafiəçisi Nunu Mendeş DÇ-2026-da öz mövqeyində çıxış edən futbolçular arasında ən çox təhlükəli qol epizodu yaradan oyunçudur.
“İki sahil” xəbər verir ki, bu barədə "Squawka" statistika portalı məlumat yayıb. Bildirilir ki, 22 yaşlı futbolçu mundialda indiyədək 4 real qol imkanı yaradıb və bu göstəricidə bütün müdafiəçiləri qabaqlayır.
Qeyd edək ki, Mendeş turnirdə 1 qolla da yadda qalıb. O, qrup mərhələsinin 2-ci turunda Özbəkistana qarşı keçirilən oyunda (5:0) cərimə zərbəsindən fərqlənib.
Xatırladaq ki, Portuqaliya millisi DÇ-2026-nın 1/8 finalında iyulun 6-da İspaniya ilə qarşılaşacaq. ABŞ-ın Arlinqton şəhərindəki "AT&T Stadium"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.