"Nyukasl" "Hoffenhaym"ın vingeri Bazumana Tureni heyətinə qatıb.
“İki sahil” xəbər verir ki, İngiltərə klubu bu transfer üçün 43 milyon funt sterlinq ödəyib. 20 yaşlı futbolçu ilə uzunmüddətli müqavilə imzalanıb.
Qeyd edək ki, o, ötən mövsüm Bundesliqada 5 qol vurub, 9 məhsuldar ötürmə edib və Kot-d'İvuar millisində də debüt edib.
Klubun yaydığı məlumata görə, futbolçunun DÇ-2026-dakı çıxışı transfer qərarında mühüm rol oynayıb. Ture bu yay qapıçı Yuen Jauendən sonra "Nyukasl"ın ikinci transferidir.