06 iyul 2026 13:51
104

Azərbaycanda ilk elektrikləşdirilmiş dəmir yolu xəttinin istifadəyə verilməsindən 100 il ötür

6 iyul 1926-cı ildə Bakı–Sabunçu–Suraxanı xətti istifadəyə verilərək Azərbaycanda və keçmiş SSRİ məkanında ilk elektrikləşdirilmiş dəmir yolu kimi tarixə düşüb.

"Azərbaycan Dəmir Yolları" QSC-dən "İki sahil"ə verilən xəbərə görə, həmin dövrdə inşa edilmiş Bakı–Sabunçu elektrikləşdirilmiş dəmir yolu vağzalı mühüm nəqliyyat qovşaqlarından birinə çevrilib.

"Elektriləşdirilmiş Bakı–Sabunçu–Suraxanı dəmir yolu ilə minlərlə sərnişin, o cümlədən neftçilər, sənaye işçiləri, Bakıətrafı yaşayış məntəqələrinə və regionlara daha sürətli və rahat səfər edirdilər.

Bir əsrlik zəngin irs bu gün daha müasir və dayanıqlı dəmir yolu xətləri ilə yaşadılır və gələcəyə daşınır", - məlumatda qeyd olunub.