Keniya hökuməti ölkədən Avropaya xam neft ixrac etməyi planlaşdırır.
“İki sahil” qəzeti “businessdailyafrica.com” saytına istinadən xəbər verir ki, Keniyanın “Turkana” yatağındakı quyulardan hasil edilən neftin nümunələri Avropaya göndərilib və bir neçə potensial alıcı neftin keyfiyyətini bəyənərək, ona maraq göstərib.
“Avropa emal müəssisələri bizdən neft almağa hazırdır, bizim neftin tərkibində kükürd az olduğuna görə sınaqdan uğurla keçib. İyun ayından etibarən bazara neft çıxarmağı qərara almışıq”, -deyə Keniyanın enerji üzrə baş katibi A. Kamau bildirib.
Qeyd edək ki, bu Afrika ölkəsindən Avropaya indiyədək yalnız kənd təsarrüfatı məhsulları ixrac edilirdi.
Hökumət neft ixracının ölkəyə xeyli gəlir gətirəcəyinə və 3,7 trilyon dollardan artıq olan dövlət borcunun qaytarılmasında mühüm rol oynayacağına ümid edir.
SOCAR-ın prezidenti ABŞ Dövlət Departamentinin baş müşaviri və ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin ölkə üzrə meneceri ilə görüşüb
"Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub