"Mançester Siti" "Lester Siti"nin cinah oyunçusu Ceremi Monqanın transferini rəsmən açıqlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
17 yaşlı futbolçu ilə 2031-ci ilin yayına qədər nəzərdə tutulan 5 illik müqavilə imzalanıb.
İngiltərə mətbuatının yaydığı məlumata görə, transferin dəyəri 10 milyon funt sterlinq (11,7 milyon avro) təşkil edib. Bundan əlavə, bonuslar şəklində daha 2,5 milyon funt sterlinq (2,9 milyon avro) ödənilə bilər.
Qeyd edək ki, gənc futbolçu ötən mövsüm "Lester Siti"nin heyətində 30 oyunda meydana çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.